Bu sher, urek dolusu sayqilarimla adinin tam tersine olan BACARIQLI ( NATEVAN ) bacima sunulur:
(Natəvan), sənə bax nə deyim bacı
könül kərvanımdan alıbsan bacı
bu taydan o taya Bacı səsimə
deyirsən can qardaş, çəkirsən acı
şe`rini oxudum, hissinə qurban
ovladın sinəmdə uçan turacı
axıtdın ruhuma Bakı havasın
dərdimin səndəymiş demə əlacı
yaşlı gözlərinlə daşlı yollara
göz tikib baxırsan nədən qıyqacı
ağlama, gözünün yaşına qurban
hələlik olmuşuq Arzı möhtacı
yarandı bizlərə acı bir həsrət
Qəcərlər başına qoyanda tacı
doğuldu o gündən bu qara taale
əkildi Araza sərhəd ağacı
Gülüstan adlanan şah gülüstanı
bir gülün acıdır, bir gülün acı
çəkməyin yanımda birdə bu adı
Gülüstan olarmı Vətən haracı
Ay ellər dinləyin, çağırır bizi
bu tayın - o tayın yaşıl yamacı
Görüşün, mehriban Ana Vətənin
Sönməsin təndiri, sınmasın sacı
