BenimBlog.com - Turkce ucretsiz blog Bedava blog hizmeti


Wednesday 20 May 2009
یول YOL

Bir mənəm

Bir də bu qarşımdakı yol

Bir də isti günəşin telləridir

Saçılıb yol uzunu

Tarlalar mansır edib sağ-solunu

Duyğunun da gözünə dəyməyir

Ucqarlığı bir an bu yolun

Beləliklə nə demək

 Mən gedərgi

O qalarqı

Qovzanır gah göz önündə

Nə bilim

Tozlu burulqan

O uzaqlarda görürsən bürüyür

Il boyu susmuş dağı-daşı

Tarlanı yırğalayır

Eylə ki üzsun kökünü

Mən oturmuş yerə

Çəkmış başıma kürkümü

Sankı sığınıb bir köhülə

Qaflan əlindən dəli ceyran.

O kuşultu arası

Dalmışam bir fikirə

Mən çıxanda bu yola

Geri döndüm

Anamı son baxışımda qapıda

Gözü ağlar gördüm.

Nə bilirdim nə deyir!

Yola düşdüm, getdim.

Mən gedərkən

Kiçilirdi küçəmiz

Kiçilirdi gözü yaşlı anamın heykəli də!

Duyğu rəssamı

Gözəl rəsm yaraltmışdı önündə gözümün.

Pencək içrə o qasırğa arası

Gözümün yaşlarının axmasını

Bənizimdə duydum.

Anamın son baxışında duyulan sorğusuna

Söylədim ağlama

Sənsiz yaşamaz bir kərə oğlun

Harda olsamda

Tilində gəzirəm.

Bu xəyalla

Ayağa qalxıb, ayaq izlərimi

Torpaq içrə

Gələcək yolçuya qoydum

Yelə qarşı yola düşdüm

Ki çatam doğma vətən torpağına...


بير منم

 

بيرده بو قارشيمداكي يول.

 

بيرده ايستي گونشين تئللريدير ،

 

ساچيليب يول اوزونو.

 

تارلالار مانسير ائديب ساغ- سولونو

 

دويغونون دا گؤزونه

 

ده ييمه يير اوجقارليغي بير آن بو يولون.

 

بئله ليكله نه دئمك ،

 

من گئدرگي ،

 

او قالارقي.

 

قووزانير گاه گؤز اؤنونده

 

نه بيليم،

 

توزلو بورولقان.

 

او اوزاقلاردا گؤرورسن بورويور

 

ايل بويو سوسموش داغي- داشي

 

تارلاني ييرغالايير،

 

ائيله كي اوزسون كؤكونو.

 

من اوتورموش يئره

 

چكميش باشيما كوركومو

 

سانكي سيغينيب بير كؤهوله

 

قافلان اليندن دلي جئيران.

 

او كوشولتو آراسي ،

 

دالميشام بير فيكيره.

 

من چيخاندا بو يولا ،

 

گئري دؤندوم ،

 

آنامي سون باخيشيمدا قاپيدا ،

 

گؤزو آغلار گؤردوم.

 

نه بيليرديم نه دئيير !

 

يولا دوشدوم ، گئتديم.

 

من گئدركن ،

 

كيچيليردي كوچه ميز !

 

كيچيليردي گؤزو ياشلي آنامين هئيكلي ده !

 

دويغو رسسامي

 

گؤزه ل رسم ياراتميشدي اؤنونده گؤزومون .

 

پئنجك ايچره او قاسيرغا آراسي ،

 

گؤزومون ياشلارينين آخماسيني ،

 

بنيزيمده دويدوم.

 

آنامين سون باخيشيندا دويولان سورغوسونا ،

 

سؤيله ديم : آغلاما ،

 

سنسيز ياشاماز بير كره اوغلون.

 

هاردا اولسامدا ،

 

تيلينده گزيرم.

 

بو خياللا ،

 

آياغا قالخيب ، آياق ايزلريمي ،

 

تورپاق ايچره

 

گله جك يولچويا قويدوم ،

 

يئله قارشي يولا دوشدوم ،

 

كي چاتام دوغما وطن تورپاغينا . . .

 

posted by Tural Dagli at 08:37 PM | in:
Permalink | email this post | Comments( 0 )
Comments:


Add Comment